fbpx

Uzunömürlülərin yediyi sarımsağın inanılmaz faydaları

BEY.AZ informasiya agentliyi xəbər verir


Gəncliyi uzatmaq və özünüzü bir sıra xəstəliklərdən qorumaq üçün mütəxəssislər işlənmiş qidalardan imtina etməyi eləcə də çoxlu miqdarda meyvə, giləmeyvə, göyərti və tərəvəz istehlak etməyi məsləhət görürlər. Mütəxəssislər sarımsağı xüsusilə, faydalı hesab edirlər. Uzunömürlü hesab edilən bütün insanlar demək olar ki, sarımsaqdan istifadə edib.

Metbuat.az saglamolun.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-dan olan həkim Lusiya Qarsiya danışıb.

Həkim deyir ki, sarımsaq çiy istehlak edilməlidir. Bir çox insan özünəməxsus dadı və qoxusuna görə bu məhsuldan imtina etsə də, mütəxəssis onu ən azı iki gündən bir yeməyi məsləhət görür. Qəfil yemək sizi narahat edərsə, çeynəmədən sadəcə bir diş sarımsağı udmaq olar.

Sarımsağın faydaları tərkibindəki unikal birləşmələrdədir. Sarımsaq bədəndə yaranan mikroiltihabları məhv edir. Bundan əlavə, tərkibində güclü antibakterial və iltihab əleyhinə təsir göstərən təbii geniş spektrli bitki antibiotik var. Patogen bakteriyaları öldürür və hüceyrə müdafiəsini bərpa etməyə kömək edir.

Həmçinin qan təzyiqini, qan lipid səviyyələrini aşağı sala, qan dövranını yaxşılaşdıra və aterosklerozun qarşısını ala bilər.

Həkim deyir ki, çiy sarımsaq yemək insan orqanizminin qocalmasını ləngidir. Almaniya Tədqiqat İnstitutunun mütəxəssislərinin fikrincə, sarımsağın tərkibində sağlamlıq və uzunömürlülük üçün faydalı olan 400-dən çox maddə var.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Uzunömürlülərin #yediyi #sarımsağın #inanılmaz #faydaları

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin