Vəfat xəbərini aldı, “Qarabağ”ı gözləmədən getdi
18 oktyabr tarixində Premyer Liqada ikinci dövrəyə start veriləcək.
Onuncu turun açılış oyunu Tovuzda təşkil olunacaq.
Ev matçlarını qonşu rayonda keçirən “Kəpəz” burada “Qarabağ”la qarşılaşacaq.
BEY.AZ sportinfo.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisi çempionatın lideriylə görüşə kapitansız çıxacaq. Yeqor Xvalko “köhlən atlar”la dueldə iştirak etməyəcək.
Buna səbəb belaruslu legionerin qayınatasının dünyasını dəyişməsidir. Vəfat xəbərini alan müdafiəçi xanımı ilə birgə ölkəsinə yollanıb.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |