fbpx

Vəkillərin İntizam Komissiyasının yeni ofisinin açılışı oldu

Rüya Yorumları burda


Sentyabrın 5-də Bakı şəhərində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Vəkillərin İntizam Komissiyasının yeni ofisinin açılış mərasimi olub.

BEY.AZ xəbər verir ki, açılışda ARVK-nın rəhbərliyi və Vəkillərin İntizam Komissiyasının üzvləri iştirak ediblər və ofisdə yaradılmış şəraitlə tanış olublar.

Mərasimdə Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyev Nəsimi rayonu, Füzuli küçəsi 49 ünvanında yerləşən ofisdə görülən işlər barədə məlumat verib, burada lazımi şəraitin yaradıldığını qeyd edib, Komissiyanın fəaliyyətinin səmərəliliyinin artırılmasına, habelə işlərə daha operativ şəkildə baxılmasına böyük töhfə olacağını vurğulayıb, göstərilən yüksək diqqət və qayğıya görə Kollegiya rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirdə ARVK-nın sədri Anar Bağırov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Komissiya üzvlərinə uğurlar arzulayıb, son illər Kollegiyada görülən işlərdən, vəkillikdə aparılan islahatlardan söz açıb, ofisdə yaradılan şəraiti yüksək qiymətləndirib.

Sədr diqqətə çatdırıb ki, Kollegiya Vəkillərin İntizam Komissiyasının iş şəraitinə xüsusi diqqət yetirir. Burada Komissiyanın müstəqilliyinin qorunması və konfidensiallığın pozulmaması vacib şərt kimi çıxış edir. Həmçinin Komissiya üzvlərinin səmərəli fəaliyyəti, o cümlədən iclaslarda işlərə vəkillərin və şikayətçilərin iştirakları ilə baxılarkən münbit iş şəraitinin yaradılması xüsusi rol oynayır. Bütün bunlara görə də qeyd edilən məqsədlərə nail olmaq üçün Komissiyanın işi ən yüksək səviyyədə təşkil olunmalıdır.

Rüya tabirlerini burdan oku

Eyni zamanda Anar Bağırov respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində geniş işlər aparıldığını, bu məsələyə Kollegiya tərəfindən xüsusi önəm verildiyini söyləyib.

Sonra Vəkillərin İntizam Komissiyası üzvlərinin iştirakı ilə görüş keçirilib, daxil olmuş şikayət və müraciətlər üzrə intizam icraatlarının icra vəziyyəti, intizam işlərinə baxılması ilə əlaqədar Komissiya ilə Rəyasət Heyətinin qarşılıqlı əlaqəsi, habelə gələcəkdə intizam işləri ilə bağlı yaranan problemlərin aradan qaldırılması istiqamətində atılacaq mühüm addımların vacibliyi vurğulanıb.

İclasın davamında Komissiyanın fəaliyyəti ilə bağlı mühüm əhəmiyyət kəsb edən digər məsələlər müzakirə olunaraq fikir mübadiləsi aparılıb.






ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu