Vətənə xəyanətdə təqsirləndirilən şəxsə 17 il cəza verildi
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakı Ağır Cinayətlər Məhkəməsində vətənə xəyanətdə təqsirləndirilərək həbs edilən Səbuhi Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Metbuat.az Trend-ə istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 17 il azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra məhkəmə hökmü elan olunub. Məhkəmənin hökmü ilə S. Səlimov 17 il azadlıqdan məhrum edilib.
İttihama görə, Səbuhi Səlimov ötən il oktyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.