fbpx

Vətəndaşlar daha çox hansı sosial şəbəkədən istifadə edir?

BEY.AZ informasiya agentliyi xəbər verir


“We Are Social” Agentliyinin açıqladığı məlumata görə, 2022-ci ildə dünyada sosial şəbəkələrdən istifadə edənlərin sayı kəskin şəkildə artıb. Belə ki, 2022-ci ilin ilk yarısında dünyada aktiv “Facebook” istifadəçilərinin sayı 2,91 milyard olub.

Metbuat.az xəbər verir ki, sosial şəbəkə istifadəçilərinin sayındakı artımı nəzərə alaraq, MTM (Media Təhlil Mərkəzi) vətəndaşlar arasında sorğu keçirib və onların fikirlərini öyrənib. Sorğuda iştirak edən 1250 respondentin 47%-ni qadınlar, 53%-ni kişilər təşkil edib.

İlk suala cavab verən respondentlərin 38,1%-i “Facebook”dan, 45,6%-i “Instagram”dan, 9,1%-i “Tiktok”dan, 1%-i “Twitter”dən, 5,4%-i digər sosial şəbəkələrdən daha çox istifadə etdiyini bildirib. Sosial şəbəkələrdən istifadə etmədiyini vurğulayanlar cavab verənlərin 0,8%-ni təşkil edib.

Növbəti sual sosial şəbəkələrin sorğu iştirakçılarının həyatına təsiri ilə bağlı olub. Cavab verənlərin 6,6%-i sosial şəbəkələr vasitəsi ilə iş tapdığını, 1,4%-i tanış olduğu şəxslə ailə qurduğunu, 7,5%-i illərlə görmədiyi dostunu tapdığını deyib. Respondentlərin 2,4%-i sosial şəbəkələrin şəxsi münasibətlərinə mənfi təsir etdiyini, 40,3%-i həyatına təsirinin olmadığını bildirib. İştirakçıların 41,8%-i isə “Digər” variantını seçib.

Respondentlərin 13,9%-nin fikrincə, sosial şəbəkələrin üstünlüyü insanlarla ünsiyyət qurmaq imkanı verməsidir. İştirakçıların 2,7%-i sosial şəbəkələrin uzun müddət görmədikləri dostlarını tapmaqda kömək etdiyini, 45,3%-i informasiyanın operativ əldə edilməsinə yardımçı olduğunu, 30,9%-i hadisələrin və yeniliklərin mərkəzində olmağa imkan yaratdığını qeyd edib. Sosial şəbəkələrin heç bir üstünlüyünün olmadığını bildirənlər sorğu iştirakçılarının 3,7%-ni, “Digər” variantını seçənlər isə 3,5%-ni təşkil edib.

Sosial şəbəkələrin mənfi cəhətləri barədə sualı cavablandıran respondentlərin fikirləri aşağıdakı kimi olub:

İnsanları real həyatdan uzaqlaşdırır – 27,7%;

Asılılıq yaradır – 48,2%;

Mənəvi dəyərlərin aşınmasına gətirib çıxarır – 9%;

Digər – 5,1%;

Mənfi cəhəti yoxdur – 10%.

Sorğu iştirakçılarının cavabları əsasında məlum olub ki, respondentlərin 51%-i sosial şəbəkələrdən aktiv şəkildə istifadə edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Vətəndaşlar #daha #çox #hansı #sosial #şəbəkədən #istifadə #edir

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin