fbpx

Vətəndaşlara qarşı 213 min manatdan artıq dələduzluq edən şəxs saxlanılıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda vətəndaşlara qarşı 213 min manatdan artıq dələduzluq edilib.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan Vüsal Bağırov saxlanılıb.

Rüya tabirlerini burdan oku

Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək müxtəlif vaxtlarda 5 nəfəri onların mənzilini təmir edəcəyi adı ilə aldadıb zərərçəkənlərin pullarını ələ keçirib. Bu müddət ərzində Vüsal Bağırov həmin şəxslərdən ümumilikdə 213 min manatdan artıq pul alıb. Buna baxmayaraq o, vəd etdiyi kimi mənzillərdə təmir və tikinti işləri həyata keçirməyib.

Faktlarla bağlı Vüsal Bağırov barəsində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Cinayət İşi başlanılıb. Vüsal Bağırov saxlanılaraq istintaqa təqdim edilib.

“Saxlanılan şəxsin digər şəxslərə qarşı analoji cinayətlər törətməsi istisna edilmir. Vüsal Bağırovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, Binəqədi Rayon Polis İdarəsinə, “102” Xidməti-Zəng Mərkəzinə, ərazi polis orqanlarına və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər”, – məlumatda qeyd edilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu