“Vətənin Müdafiəsinə Hazıram” layihəsinə start verilir
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və “İRƏLİ” İctimai Birliyinin birgə təşkilatçılığı ilə vətəndaş cəmiyyətinin fövqəladə vəziyyətlərə effektiv cavab verməsi, təcili yardımın göstərilməsi və fövqəladə hal zamanı dayanıqlılığın artırılmasına yönəlik “Vətənin Müdafiəsinə Hazıram” layihəsinə start verilir.
Metbuat.az xəbər verir ki, bu barədə “İRƏLİ” İctimai Birliyinin Mətbuat xidməti məlumat yayıb. Layihənin əsas məqsədi gənclərin mülki müdafiə hazırlığını təmin etmək, eləcə də, layihə iştirakçılarının fövqəladə hal və texnogen hadisələrə qarşı məlumatlılığını artırmaqdır. Açıq hava şəraitində, düşərgə formatında keçiriləcək layihə çərçivəsində 100 nəfər gənc fövqəladə vəziyyətlərdə bilik, bacarıq və dözümlülüyün formalaşdırılmasına yönəlmiş nəzəri və praktiki fəaliyyətlərdə iştirak edəcəklər.
Layihədə gender bərabərliyi qorunmaqla 18-25 yaş aralığında, vətənpərvər, motivasiyalı, fiziki cəhətdən hazırlıqlı 100 nəfər gəncin iştirakı nəzərdə tutulub. Layihə çərçivəsində yanğın təhlükəsizliyi, çadır şəhərciyinin qurulması, axtarış-xilasetmə işinin təşkili, fövqəladə hal zamanı ilk tibbi yardım, zərərçəkmişlərə psixoloji yardımın göstərilməsi və digər istiqamətlərdə fəaliyyətlərin icrası planlaşdırılır.
Qeyd edək ki, layihəni uğurla başa vurmuş iştirakçılar Fövqəladə Hallar Nazirliyi və “İRƏLİ” İctimai Birliyi tərəfindən sertifikatla təltif ediləcək və həmin gənclər baş verə biləcək fövqəladə hallar zamanı könüllü surətdə iş prosesində yaxından iştirak şansı əldə edəcəklər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Vətənin #Müdafiəsinə #Hazıram #layihəsinə #start #verilir