fbpx

Vahid Əhmədova töhmət verilib – YENİLƏNİB

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Aprelin 28-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclası açan komissiyanın sədri Eldar İbrahimov bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın müraciətinə əsasən, iclasda parlamentin deputatı Vahid Əhmədovun son müsahibəsində səsləndirdiyi fikirlərlə əlaqədar məsələyə münasibət bildiriləcək. Komissiya sədri diqqətə çatdırıb ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatı kimi nüfuzlu bir beynəlxalq təşkilata sədrlik edən ölkədir. Belə bir ölkənin parlamenti haqqında Vahid Əhmədov kimi təcrübəli bir deputatın həmin müsahibədə səsləndirdiyi fikirlər qəbuledilməzdir.

Rüya tabirlerini burdan oku

İclasda çıxış edən komissiya üzvləri Nizami Səfərov, Səttar Möhbalıyev, Nəsib Məhəməliyev, Məşhur Məmmədov, Afət Həsənova, Madər Musayev, komissiyanın katibi Nurlan Həsənov bildiriblər ki, qanunvericiliyə əsasən, deputatın müsahibə vermək hüququ var və onun bu hüququ məhdudlaşdırıla bilməz. Lakin deputat verdiyi müsahibədə Milli Məclis deputatının etik davranış qaydalarına uyğun olmayan fikirlər söyləməməlidir. Deputat öz imicindən daha çox xalqın və dövlətin mənafeyini düşünməli, nəzərə almalıdır ki, deyilən fikirlər ölkəmizə düşmən münasibət bəsləyən qüvvələr tərəfindən bizim əleyhimizə istifadə oluna bilər.

İclasda deputat Vahid Əhmədov çıxış edərək məsələyə öz münasibətini açıqlayıb.

İclasın sonunda komissiyanın qərarı ilə Milli Məclisin Daxili Nizamnaməsinin 45-ci maddəsinin birinci bəndində göstərilən əsasa görə deputat Vahid Əhmədov barəsində töhmət intizam tədbiri tətbiq edilib. Bununla da iclas başa çatıb.

16:37

Bu gün Milli Məclisin İntizam Komissiyasının iclası keçirilib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qapalı iclasa deputat Vahid Əhmədov dəvət edilib.

Məlumata görə, deputat Vahid Əhmədova töhmət verilib.

Qeyd edək ki, bir neçə deputat V.Əhmədovu bloger Mehman Hüseynova verdiyi müsahibəyə görə sərt tənqid edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Vahid #Əhmədova #töhmət #verilib #YENİLƏNİB

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu