fbpx

Vahid əlaqələndirmə mərkəzlərində 15 mindən çox şəxsə xidmət göstərildi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Prezident İlham Əliyevin 25 iyun 2021-ci il tarixli Fərmanı ilə yaradılan vahid əlaqələndirmə mərkəzlərində ötən dövrdə şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 15 600 şəxsə xidmətlər göstərilib.

Metbuat.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, “142” Çağrı Mərkəzi tərəfindən isə həmin mərkəzlərə aid məsələlər üzrə 25 500 vətəndaş müraciəti cavablandırılıb.

Hazırda Bakı şəhərindəki və Abşeron rayonundakı DOST mərkəzlərində, həmçinin Gəncə şəhərində, MasallıUcar rayonlarında regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərir.

Rüya tabirlerini burdan oku

Həmin mərkəzlərdə 39 qurum, o cümlədən 6 mərkəzi (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Sığorta Kommersiya Şirkəti) və 33 yerli icra hakimiyyəti orqanı tərəfindən 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim edilir.

Bu xidmətlərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələrə dair xidmətlər daxildir.

Hazırda vahid əlaqələndirmə mərkəzləri şəbəkəsinin respublikamızın bölgələri üzrə genişləndirilməsi istiqamətində işlər aparılır.

Mərkəzlərə müraciətlərin qurumlar üzrə bölgüsü aşağıdakı kimi olub:

– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 5 988 müraciət;

– Müdafiə Nazirliyi üzrə 6 979 müraciət;

– Səhiyyə Nazirliyi üzrə 266 müraciət;

– Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 402 müraciət;

– İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 224 müraciət;

– Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 1 287 müraciət;

– Yerli İcra Hakimiyyətləri üzrə 446 müraciət.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu