fbpx

Valideyn himayəsindən məhrum olan uşaqların sayı açıqlanıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Ötən il ölkədə 114 uşaq (56 oğlan, 58 qız) övladlığa verilib ki, onlardan hər birini Azərbaycan vətəndaşları övladlığa götürüb.

Metbuat.az xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatında əksini tapıb.

Hesabatda qeyd olunub ki, övladlığa götürülən uşaqlardan 26 uşaq müəssisədən, 63 uşaq yaxın qohumları tərəfindən, 19 uşaq ögey ata-ana tərəfindən və 6 uşaq isə valideynlərarası razılıq əsasında övladlığa götürülənlərdir.

Uçota alınmış valideyn himayəsindən məhrum olan uşaqların ümumi sayı 1 563 nəfər (944 oğlan, 619 qız) təşkil edib ki, onlardan 1248-i sağlam, 315-i isə sağlamlıq imkanları məhdud uşaqlar olub. Hesabat dövründə həmin müəssisələrdə valideyn himayəsindən məhrum olmuş 362 uşaq (218 oğlan, 144 qız) uçota alınıb, onlardan 306-sı sağlam, 56-sı isə sağlamlıq imkanları məhdud uşaqlar olub. Reinteqrasiya tədbirləri nəticəsində 89 uşaq ailələrinə qaytarılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin