fbpx

“Valideynlərim ailəmi dağıdır” – Tanınmış jurnalist Prezidentə müraciət etdi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Tanınmış telejurnalist, idman aparıcısı Ceyhun Rzayev çıxılmaz vəziyyətdə qalıb.

Metbuat.az xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı “Qafqazinfo”ya müraciət edib.

Ceyhun Rzayev bildirib ki, sabah onun həyat yoldaşını yaşadığı evdən çıxaracaqlar. Bunun səbəbini isə o, belə izah edib:

“İki ildir psixoloji-emosional olaraq çökmüşəm. Məsələ nədir? 8 ildir ailəm – həyat yoldaşım və iki qızımla bərabər anama məxsus 30 kv-lıq evdə yaşayıram. Dördümüz də bu evdə qeydiyyatdayıq. Anam isə atamla bərabər illərdir Masazırda 6 sotluq ərazidə yerləşən geniş evdə yaşayır.

Rüya tabirlerini burdan oku

Valideynlərim həmişə məni əmin ediblər ki, indi yaşadığım bu ev mənim olacaq. Buna görə hətta Prezident jurnalistlərə mənzil verəndə heç vaxt müraciət də etməmişəm. Çünki fikirləşmişəm ki, evim var və evsiz həmkarlarımın haqqına girmiş olaram.

2021-ci ilin martında atam Ağasadıq Rzayev gözlənilmədən evi boşaltmağımızı tələb etdi. Şoka düşdüm. Sanki arxadan xəncərlə vuruldum. Fikrini belə əsaslandırdı ki, jurnalistlər yaxşı qazanır, qaz vurub-qazan doldururlar, özümə ev və maşın almışam, bankda hesabımda külli miqdarda pul var. Özümü bir anda məkrli planın içində gördüm. Bu çirkin planın müəllifi bacım Xəyalə və onun həyat yoldaşı Zamiq Hacıyevdir. Valideynlərimi inandırıblar ki, mənim maddi durumum idealdır”.

Ceyhun Rzayev əlavə edib ki, anası Gülcahan Rzayevin iddiası əsasında, Nəsimi Rayon Məhkəməsində mülki iş başladılıb:

“Hakim Ceyhun Tağıyev absurd qərar qəbul edərək, yalnız məni evdə qeydiyyatda saxladı, həyat yoldaşımla azyaşlı qızlarımı isə qeydiyyatdan çıxarıb yaşayış hüququndan məhrum etdi. Qərardan apellyasiya verdim. Apellyasiya Məhkəməsinin hakimi Vahid Sadiqov övladlarımın qeydiyyat və yaşayış hüququnuz bərpa etdi, həyat yoldaşım isə yenə havada qaldı. Ən son instansiya olan Ali Məhkəməyə müraciət etdim. O ümidlə ki, həyat yoldaşıma ən azı qeydiyyat olmasa da, ailəsiylə bərabər yaşamaq hüququ tanınar. Əfsuslar olsun ki, Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı. Yəni faktiki bizim iradəmiz xaricində bizi boşayır, ailəmizi dağıdırlar”.

Telejurnalistin sözlərinə görə, artıq ona evdən könüllü şəkildə çıxması ilə bağlı bildiriş də gəlib:

“Ötən şənbə Nəsimi rayon icra şöbəsinin məmuru Ramin Quliyevdən bildiriş gəldi ki, qərarı könüllü şəkildə icra edək. Əks halda mayın 18-i, yəni sabah özü gəlib məhkəmə qətnaməsini icra edəcək. Həqiqətən, çökmüş vəziyyətdəyəm. Ananı övladlarından necə ayırmaq olar? Ana dünyasını dəyişməyib və ya həbsxanaya düşməyib ki, övladlarından ayrı düşsün. Mən cənab Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirəm. Xahiş edirəm, mənə yardım edin. Bilirəm ki, siz bu məsələdən xəbərdar olsanız, gənc bir ailənin belə çətin durumda qalmasına əsla icazə verməyəcəksiniz. Sizin şəfqətinizə sığınıram. Çünki mənim başqa yolum yoxdur. İcra məmuru zorla həyat yoldaşımı övladlarından ayırarkən, o an nə edəcəyimi bilmirəm. Həmin an utanc hissiylə həyatıma qəsd də edə bilərəm”.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Valideynlərim #ailəmi #dağıdır #Tanınmış #jurnalist #Prezidentə #müraciət #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu