fbpx

“Vaqner” təhdidi Polşada həyəcan yaratdı: Sirli stikerlər yayıldı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Polşada “Vaqner”in simvolları olan qəribə stikerlər peyda olub.

Metbuat.az “Unian”a istinadən xəbər verir ki, Rusiya PMC-nin loqosu olan stikerlərdə işə qəbul üçün çağırış və Vaqnerin saytında daha ətraflı məlumatı əks etdirən QR kodu var.

Vaqnerə qoşulmaq üçün müraciət edən şəxslərdən sosial şəbəkələrdəki profillərini, ağız boşluğunun sağlamlığını təsdiq edən stomatoloq sənədini, həmçinin döş qəfəsinin rentgenoqrafiyası tələb olunur.

Rüya tabirlerini burdan oku

Araşdırmaçı jurnalist və şirkətlərdən birinin təhlükəsizlik üzrə eksperti Roman Ositsa qeyd edib ki, bu stikerlər, Rusiyanın polyakları qorxutmaq üçün apardığı təbliğat müharibəsinin bir hissəsidir.

“Bizi uzun müddətdir ki, “Vaqneritlər” artıq Polşada olduğuna inandırmaq istəyirlər. Ola bilsin ki, kimlərsə Polşa Rusiya ilə əməkdaşlığa hazır olanların izinə düşmək və ya yaxalamaq istəyir”, – ekspert qeyd edib.

Qeyd edək ki, Belarus və Polşa sərhədində vəziyyət Vaqner muzdlularının Rusiyadan Lukaşenkonun nəzarətində olan əraziyə gəlməsindən sonra gərginləşməyə başlayıb. Bəzi məlumatlara görə,”Vaqneritlər” Polşa ilə sərhədə gəlişi təqlid edən şərait yaratmağa çalışırlar.

Bu yaxınlarda Polşa hakimiyyəti bəyan edib ki, Vaqner PMC muzdluları Belarusdan ölkəyə daxil olmağa cəhd ediblər. Bu arada Polşanın müdafiə naziri Mariuş Blaşçak bildirib ki, Varşava sərhəd xidməti qüvvələrini dəstəkləmək üçün Belarusla sərhədə əlavə olaraq 10 minə qədər hərbçi yerləşdirəcək .

Gülbəniz / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Vaqner #təhdidi #Polşada #həyəcan #yaratdı #Sirli #stikerlər #yayıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu