fbpx

VAR da səhv etdi – Oyun təkrarlana bilər

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

İngiltərə Premyer Liqasının 7-ci turunda keçirilən “Tottenhem” – “Liverpul” oyunu ilə bağlı qalmaqal səngimir.

Metbuat.az xəbər verir ki, meydan sahiblərinin 2:1 hesablı üstünlüyü ilə başa çatan oyunda “Liverpul”un futbolçusu Luis Diazın vurduğu qol VAR-ın müdaxiləsi ilə ləğv edilib.Premyer Liqanın Hakimlər Şurası Luiz Diazın ləğv edilən qolu ilə bağlı qərarın yanlış olduğunu qəbul edib. Bundan sonra “Liverpul”un meneceri Yurgen Klopp, “Tottenhem”lə matçın təkrarlanması barədə çağırış edib.

“Hakimlə VAR arasında səs yazılarını dinləmək heç nəyi dəyişmədi. Bu səhvin niyə baş verməsi məni çox da maraqlandırmır. Q sayılmadı. Bu məsələni düzgün idarə etməyimiz həqiqətən vacibdir. Hakimlər bunu bilirlər. Bəli, böyük səhv etdilər. Çox açıq səhv idi. Məncə həll yolu hələ də tapıla bilər. Məncə, yeganə həll yolu bu matçı təkrar oynamaqdır, amma yəqin ki, belə bir şey etməyəcəklər”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #VAR #səhv #etdi #Oyun #təkrarlana #bilər

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin