fbpx

Vaşinqtondakı görüşdə nələr danışılacaq? – AÇIQLAMA

Rüya Yorumları burda


“Azərbaycan Ermənistan xarici işlər nazirlərinin bu gün ABŞ-də keçirəcəyi görüşün nəticəsi müsbət ola bilər. Amma bu görüşün regionun siyasətini tamamilə dəyişəcəyini düşünmək inandırıcı deyil. Görüşdə sadəcə bəzi məsələləri müzakirə edə bilərlər”.

Bu sözləri BEY.AZ-a açıqlamasında politoloq Samir Hümbətov deyib. O bildirib ki, görüşdə əsas müzakirə olunacaq mövzular sülh prosesi, delimitasiya-demarkasiya prosesinin aparılması, Ermənistanın konstitusiya məsələsidir:

“Amma ABŞ-nin bu təmaslara təsiri necə olacaq, o da müzakirə mövzusudur. Təbii ki, üçtərəfli görüşdürsə, ABŞ öz maraqlarını da bura qatacaq. Hər iki tərəflə bərabər öz maraqlarını da həyata keçirmək istəyəcək. Ona görə, ciddi nəticənin olması gözlənilmir”.

Qeyd edək ki, Bu gün Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov, onun ermənistanlı həmkarı Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçiriləcək.

Seyranə Quliyeva / BEY.AZ



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu