fbpx

​Veysəloğlu Şirkətlər Qrupu logistika fəaliyyətinə 80 milyon yatırım edib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Veysəloğlu Şirkətlər Qrupu Azərbaycan iqtisadiyyatı və əhalisi üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmağa çalışır.

Şirkətlər Qrupunun ən son texnologiyalar əsasında fəaliyyət göstərən logistika mərkəziistehlakçıların keyfiyyətli, təhlükəsiz qida ilə təmin edilməsinə xidmət göstərir.

54 min kvadrat metr ərazisi, 500-ə qədər yük nəqliyyat vasitəsi və 2500-dən artıq əməkdaşı ilə “AVT Logistics” MMC Qrup şirkətlərinə logistika xidmətləri göstərir.

Rüya tabirlerini burdan oku

Logistika mərkəzi gündəlik tələbat məhsullarını minimal xərclə pərakəndə satış nöqtələrinə çatdırılmasını təmin edir.

Mərkəzin əməliyyatlar üçün tam hazır vəziyyətə gətirilməsinə ümumilikdə 80 milyon manat investisiya yatırımı edilib.

Sərmayənin 10 milyon manatlıq hissəsi Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu, digər hissəsi isə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Almaniya İnvestisiya Fondu (DEG), PaşaBank və Veysəloğlu Şirkətlər Qrupunun öz vəsaiti hesabına maliyyələşdirilib.

Cəmiyyəti təmiz, sağlam və keyfiyyətli gündəlik istehlak malları ilə təmin etmək öhdəliyini qarşısına məqsəd qoyan Veysəloğlu Şirkətlər Qrupu bu sahədə təşəbbüslərini davam etdirərək yeni soyuq anbarın da fəaliyyətə başlamasına nail olub. Yeni soyuq anbar Bakı şəhəri yaxınlığındakı Məmmədli qəsəbəsi ərazisində yerləşir.

Soyuq anbar layihəsinin həyata keçirilməsi üçün 25 milyon manatdan çox investisiya yatırılıbdır. Bura, məhsulların düzgün temperaturda və xarici görünüşü, keyfiyyəti pozulmamış, soyuq zəncir prinsiplərinə əməl olunmaqla keyfiyyətli çatdırılması və yollarda gedilən məsafəni azaltmaq üçün 55 ədəd üç temperaturlu yük avtomobillərinə yatırılan sərmayə də daxildir.

Yeni soyuq anbar 10,000 m2 sahəyə malikdir. Bu mərkəzin istifadəyə verilməsi bütün dondurulmuş, təzə ət və süd məhsullarının, həmçinin meyvə-tərəvəzin təravətli saxlanılmasına xidmət edir. Məhsulların mükəmməl şəraitdə saxlanılması üçün temperatur və rütubət avtomatik tənzimlənir və istənilən yayınma halında mobil xəbərdarlıq sistemi vasitəsilə bu barədə dərhal məlumat almaq mümkündür.

“Mərkəzim vasitəsilə soyuq əməliyyatlar üzrə həftənin 7 günü ərzində 5,000-ə qədər nöqtəyə xidmət göstərilir. Yeni iş yerilərinin açılması isə müasir logistika mərkəzinin yaradılması ilə əldə edəcəyimiz ən önəmli nəticələrdən biridir. Yeni iş yerlərinin yaradılması yerli istedadların peşəkar mütəxəssis kimi yetişdirilməsi, onların karyeralarını qurması və müasir logistik əməliyyatları reallaşdırmaq üçün inkişafına zəmin yaradır. Biz vahid və xərclər baxımından sərfəli olan logistika mərkəzimiz vasitəsilə müştəri bazamızı yerli və beynəlxalq təchizatçılar üçün əlçatan edəcəyik. Bu anbar yalnız məhsulların təravətli saxlanılmasına deyil, eyni zamanda ərzaq təhükəsizliyinə xidmət edir”,-deyə “AVT Logistics” MMC-nin icraçı direktoru Anar Adilzadə qeyd edib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Veysəloğlu #Şirkətlər #Qrupu #logistika #fəaliyyətinə #milyon #yatırım #edib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu