fbpx

“Videoları yayılan şəxs məsuliyyətə cəlb olunacaq”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının intim görüntülərinin yayılması cəmiyyətdə böyük narazılıqlara səbəb olub. Nazirlik görüntülərlə bağlı hər hansı bir açıqlama verməyib. Görüntülərin kimi tərəfindən yayılması ilə bağlı hər hansı məlumat yoxdur. Bəs bu videonun çəkilməsi və paylaşılması hansı məsuliyyəti yaradır?

Hüquqşünas Əlövsət Allahverdiyev Metbuat.az-a bildirdi ki, videodakı şəxslər məsuliyyətə cəlb oluna bilərlər:

“Hər kəsin şəxsi toxunulmazlıq hüququ var. Bir çox hallarda bu hüququn pozulması 3 amillə əsaslandırırlar: şantaj, siyasi (maliyyə) rəqibini ifşa və ya siyasi (maliyyə) partnyorunu müşahidə imkanı, neqativlikləri sübut olunması. Konstitusiyamızın 32-ci maddəsinə görə hər kəsin şəxsi toxunulmazlıq hüququ var. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video,foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.

Rüya tabirlerini burdan oku

Məlum videoya gəldikdə isə bütün hallarda məsuliyyət qaçılmazdır. Əgər bu çəkiliş dövlət mənafeyi naminə aparılmış olsaydı, başqa aspektdən yanaşmaq olardı. Videonun kim tərəfindən, hansı formada çəkilməsi məlum deyil. Nə məqsədlə yayılması isə qaranlıq məqamlardandır”.

Hüquqşünasın sözlərinə görə, Cinayət Məcəlləsinin 156-cı maddəsində göstərilir ki, şəxsi həyata müdaxilə cinayətdir. Həmçinin şəxsi və ailə həyatına aid olan materialların yayılmasına görə müəyyən edilmiş cəzalar var:

“Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video, foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılmasına görə, 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər, bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, məsafədən idarə edilən pilotsuz uçan aparatlar ilə törədildikdə isə 3 ilədək müddətdə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Gülər Seymurqızı



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu