fbpx

Videooyunlar uşaqların zəkasına necə təsir göstərir?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Müasir dövrdə böyüklər kimi uşaqlar da elektron cihazlarla çox vaxt keçirirlər. Bu amillərin uşaqların sağlamlığına və zəkalarına necə təsir etdiyi isə hər zaman müzakirə mövzusu olub. Uzun illər videooyunların uşaqlara və gəncləra zorakı vərdişlər qazandırdığı düşünülsə də, videooyunların həm ağıl, həm də bədən üçün faydalı olduğu da ehtimal olunur. Hərəkətli videooyun oynayanların oynamayanlara nisbətdə daha yüksək əl-göz koordinasiyası qabiliyyətlərinə malik olduğu üzə çıxıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, İsveçin Karolinska İnstitutunun tədqiqatçıları tərəfindən araşdrımalara görə, videooyunlar uşaqların intellektini 2,5 IQ bal artırır.

Karolinska İnstitutunun tədqiqatçıları uşaqların oyun vərdişlərinin onların idrak qabiliyyətlərini artırması ilə əlaqəli olduğunu araşdırıblar. Tədqiqata ABŞ-dan olan 9000-dən çox oğlan və qız cəlb olunub. Həmin uşaqlardan intellektini ölçmək üçün bir sıra psixoloji testlər götürəndə doqquz və ya on yaşında olublar. Tədqiqatda uşaqlardan və onların valideynlərindən televizora və filmlərə baxmağa, videooyunlar oynamağa, sosial mediadan istifadə etməyə nə qədər vaxt sərf etdikləri də soruşulub. İki ildən sonra tədqiqata daxil 5000-dən çox uşaq izləndi onlardan təkrar psixoloji testlər götürüldü.

Rüya tabirlerini burdan oku

Belə ki, uşaqlar orta hesabla gündə 2,5 saat televizora baxmağa, yarım saatını sosial şəbəkələrdə, 1 saatını isə video oyunlar oynamağa sərf ediblər. Nəticələr göstərdi ki, orta hesabla daha çox oyun oynayan uşaqların zəka səviyyələri əvvəlkinə nisbətən təxminən 2,5 IQ bal artıq olub. Televiziya və sosial medianın isə uşaqlarda müsbət və ya mənfi təsiri əhəmiyyətli dərəcədə müşahidə edilməyib.

Qeyd edək ki, nəticələr “Scientific Reports” jurnalında dərc olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu