fbpx

Viktor Krivopuskovun Ermənistana girişi qadağan edildi

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiyanın Ermənistanla Dostluq və Əməkdaşlıq Assosiasiyasının sədri Viktor Krivopuskovun İrəvanın Zvartnots beynəlxalq hava limanından Ermənistan sərhədini keçməsinə icazə verilməyib.

Metbuat.az “Sputnik Armenia”ya stinadən xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqının teleqram kanalı məlumat yayıb. Qeyd olunub ki, Krivopuskov cümə axşamı səhər tezdən Moskvadan Zvartnots hava limanına gəlib.

TASS-a danışan Viktor bildirib onu Ermənistan üçün arzuolunmaz şəxs elan ediblər: “Pasportumu əlimdən aldılar. Mənə rəsmi kağızı göstərmədilər, amma başa düşürəm ki, mənim üçün sərhədi açmasalar, pasportumu qaytarmayacaqlar. Dedilər ki, bu gün Moskvaya qayıdın”.

Qeyd edək ki, Viktor Krivopuskov 2009-2013-cü illərdə Rossotrudniçestvo (Rusiyanın Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyi) Ermənistandakı nümayəndəliyinin rəhbəri, Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Viktor #Krivopuskovun #Ermənistana #girişi #qadağan #edildi

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin