fbpx

Vill Smit “Oskar”dakı insidentdən sonra Kino Akademiyasından istefa verib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Amerikalı aktyor Vill Smit “Oskar” mərasimi zamanı komediya ustası Kris Rokun sifətinə yumruq vurduqdan sonra Amerika Kino Sənəti və Elmləri Akademiyasından könüllü olaraq istefa verib.

Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, aktyor akademiyanın etimadını doğrultmadığını deyib:

“Hərəkətim sarsıdıcı, ağrılı və bağışlanmaz idi. Zərər verdiyim şəxslərin siyahısı uzundur, siyahıya Kris, onun ailəsi, bir çox dostlarım və ailəm, bütün tamaşaçılar və dünyanın hər yerindən televiziya tamaşaçıları daxildir. Kino Sənətləri və Elmləri Akademiyasından istefa verirəm və Rəhbərlər Şurasının müvafiq hesab etdiyi istənilən cəzanı qəbul etməyə hazıram”.

Rüya tabirlerini burdan oku

CNN-in məlumatına görə, Akademiyanın Rəhbərlər Şurasının iclası aprelin 18-nə təyin edilib. İclasda sənətçiyə qarşı tədbir görülə bilər. Xüsusilə, onun Kino Akademiyasına üzvlüyünün dayandırıla və ya ləğv oluna, eləcə də digər sanksiyaların tətbiq edilə biləcəyi qeyd olunub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu