Voleybol üzrə Yüksək Liqada növbəti turun proqramı açıqlanıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib.
Federasiyadan Metbuat.az-a verilən məlumata görə, 2-ci dövrənin IX turunun oyunları martın 3-də baş tutacaq.
Günün ilk qarşılaşmasında saat 14:00-da “Murov”la MOİK üz-üzə gələcək. Bu matçdan 3 saat sonra “Ekspress”– “Sərhədçi” oyununa start veriləcək. Hər iki qarşılaşma “Sərhədçi” İdman Olimpiya Mərkəzində olunacaq.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.