fbpx

Vüqar Bayramov da bu təklifi DƏSTƏKLƏDİ

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyədə baş verən zəlzələ səbəbindən sözügedən ölkədə dərslər onlayn formada təşkil olunub.

Metbuat.az xəbər verir ki, bu səbəbdən Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün ölkəyə qayıtmaq zərurəti yaranıb. Tələbələr üçün quru sərhəddən istifadə imkanının yaradılması təklif olunur.

İqtisadçı deputat Vüqar Bayramov da səsləndirilən fikirləri dəstəkləyib: “Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra qardaş ölkədə ali məktəblərdə təhsil onlayn, distant formaya keçdi. Türkiyədə 30 minə yaxın Azərbaycan vətəndaşının təhsil aldığını nəzərə alsaq həmin gənclərin ölkəmizə qayıdışına dəstək olunması vacibdir. Təyyarə biletlərinin baha olduğunu nəzərə alsaq tələbələrin çoxunun quru sərhədləri vasitəsi ilə vətəninə qayıtmağa üstünlük vermək istəyi anlaşılandır. Bu aydan etibarən Türkiyə ilə Naxçıvan arasında quru sərhədlərimiz açılsa da, bu imkandan Muxtar Respublikada qeydiyyatda olan vətəndaşlarımız istifadə etmək hüququna malikdir. Bu baxımdan, qeydiyyat yerindən asılı olmayaraq Türkiyədə təhsil alan Azərbaycan vətəndaşlarına belə imkanın yaradılması məqsədəuyğun olardı. İndiki halda tələbə biletini təqdim etməklə Azərbaycanlı tələbələrinin quru sərhəddən istifadəyə icazə verilməsi onların vətənə asan və daha az xərclə qayıtmasına imkan yaradardı. Bütövlükdə, mərhələli şəkildə qardaş Türkiyə ilə quru sərhədlərimizdən bütün vətəndaşlarımızın istifadə imkanının yaradılması məqsədəuyğun olardı”, – deyə o qeyd edib.



Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Vüqar #Bayramov #təklifi #DƏSTƏKLƏDİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu