Vüqar Həşimovun valideynlərinin vəziyyəti açıqlandı
Novxanıda dekabrın 3-də evdə partlayış baş verməsi səbəbilə xəsarət alan 1949-cu il təvəllüdlü şəxsin (kişi cinsli) müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
BEY.AZ xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicə olunan şəxsin vəziyyəti hazırda ağır-stabildir: ”Bədən səthinin 55%-ni əhatə edən 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən şəxsin yaraları cərrah tərəfindən izlənilir”.
Bundan başqa, Yeni Klinikaya təxliyə olunan 1959-cu il təvəllüdlü şəxsin isə (qadın cinsli) müalicəsi Reanimasiya şöbəsində aparılıb. Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Daha sonra ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisələrindən birinə təxliyə olunub.
Qeyd edək ki, hadisə dekabrın 3-də Abşeron rayonu, Novxaları bağlarında fərdi yaşayış evində qeydə alınıb. Evdə olan 2 nəfər xilasedicilər tərəfindən çıxarılaraq xəstəxanaya göndərilib.
Hadisə zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri Aidə Həşimova və Qasım Həşimov olduğu açıqlanıb.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |