Vüsal Məsiyev bu qurumun direktoru oldu
İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasının qərarı ilə Vüsal Məsiyev qurumun icraçı direktoru vəzifəsinə təyin olunub.
BEY.AZ bildirir ki, bu barədə İSB-dən bildirilib. O, bu vəzifədə Rəşad Əhmədovu əvəz edib.
V.Məsiyev vaxtilə İSB-nin Baş İnformasiya Meneceri vəzifəsində çalışıb, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST) məxsus “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC-də direktor müavini, Dövlət Məşğulluq Xidmətində İdarə Heyəti sədrinin müşaviri, “Sybernet” MMC-də Texniki direktor işləyib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |