fbpx

“WhatsApp” çoxdan gözlənilən yeniliyi təqdim etdi



“WhatsApp” messenceri qrup söhbətləri üçün yeniliyi istifadəyə verib.

BEY.AZ xəbər verir ki, “Meta”nın populyar mesajlaşma tətbiqi “WhatsApp” bu dəfə qrup və icma idarəçilərinin səlahiyyətlərini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Təqdim olunan yeniliklə qrupların görünüşü üzərində daha çox nəzarət mümkün olacaq.

Hələ ki, Android üçün “WhatsApp-“n ən son beta versiyasında (2.24.17.5) aktiv olan funskiya ilə icma idarəçilərinə müəyyən qrup söhbətlərini kimin görə biləcəyini idarə etmək imkanı aktivləşib. Bu funksiya ilə icma qrup söhbətlərini yalnız dəvət ala bilən üzvlərə açmaq mümkündür.

Yeni imkandan istifadə edərək idarəçilər qrup söhbətlərini ümumi icma üzvlərindən gizlədə və yalnız dəvət olunmuş üzvlərə və idarəçilərə gizli qrupa daxil olmağa icazə verə bilərlər. Bununla yanaşı, üzvlüyə qəbul edilən şəxslər üçün də görünüş seçimləri dəyişdirilə bilər.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin