fbpx

“WhatsApp”da fotolarla bağlı yenilik – Artıq sizi aldada bilməyəcəklər



“WhatsApp” fotolarla bağlı yeni funksiyanı istifadəyə verib.

BEY.AZ xəbər verir ki, yeni funskiya istifadəçilərin bir-birilərinə göndərdiyi fotolarla bağlıdır. Belə ki, yeni funskiya istifadəçilərə göndərilən fotoların həqiqi olub-olmadığını yoxlamağa imkan verir. Yeni funksiya artıq Android üçün “WhatsApp”ın ən son beta versiyasında mövcuddur. Məsələn istifadəçilər başqa şirkətlərin məhsullarını öz xidmətləri kimi təqdim edərək müştəriləri manipulyasiya edə bilərlər. Lakin yeni funskiya sayəsində fotonu alan istifadəçi onun həqiqiliyini yoxlaya bilər. Fotonun kimə məxsus olduğunu müəyyən etmək üçün istifadəçi şəkli açaraq, yuxarı sağ küncdəki üç nöqtəyə klikləməlidir. Açılan “Onlayn tap” pəncərəsinə daxil olduqda “WhatsApp” standart brauzerinizi açaraq internetdə oxşar şəkilləri axtaracaq. İstifadəçilər bununla sosial şəbəkələrdə paylaşılan fotolar barədə də məlumat ala bilərlər.

Bildirilir ki, yeni funskiya müəllif hüquqlarının qorunmasına və saxta məlumatların ortaya çıxarılmasına xidmət edir.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin