fbpx

​“WhatsApp”da mesajlarla bağlı yenilik – Azərbaycan dili olmayacaq

Rüya Yorumları burda


“WhatsApp”ın səsli mesajları pulsuz olaraq mətnə çevirmə funksiyası ilə bağlı bəzi detallar məlum olub.

BEY.AZ xəbər verir ki, hələlik yeni funksiyanın istifadəyə verilməsi üzərində işlər davam edir. Bildirilir ki, funksiya android istifadəçiləri üçün hələlik ingilis, portuqal, ispan, rus və hind dillərini dəstəkləyəcək. iOS istifadəçiləri isə daha geniş seçimə sahib olacaq. Ardınca dil siyahının artırılacağı deyilir. Məlumata görə, yeni funksiya sayəsində istifadəçilər səsli mesajları dinləyə bilmədikləri mühitlərdə səsli mesajın altındakı mətn versiyasını oxuya biləcəklər.

“WhatsApp”ın açıqlamasına görə, səsli mesajların transkriptləri birbaşa istifadəçinin cihazında yaradılacaq. Bununla da, şəxsi mesajları başqa heç kim, hətta “WhatsApp” belə eşidə və oxuya bilməyəcək. Bu funksiya əlçatan olduqdan sonra istifadəçilər onu “WhatsApp” ayarlarında “Söhbətlər” və sonra “Səsli mesajların transkriptləri” üzərinə klikləməklə aktivləşdirə bilərlər.





Rüya tabirlerini burdan oku




ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu