“WhatsApp”dan hamının arzuladığı yenilik: 15 dəqiqə ərzində…
BEY.AZ informasiya agentliyi xəbər verir
“WhatsApp” messenceri istifadəçilərə mesajları göndərildikdən sonra 15 dəqiqə ərzində redaktə etməyə icazə verib.
Metbuat.az xəbər verir ki, bu barədə bazar ertəsi messencerin saytında məlumat verilib.
“Biz sizə söhbətlər üzərində daha çox nəzarət imkanı verməkdən məmnunuq – yazı səhvini düzəltməkdən mesaja yeni məzmun əlavə etməyə qədər. Siz sadəcə redaktə edəcəyiniz mesajın üzərinə klikləməlisiniz və göndərildikdən sonra 15 dəqiqə ərzində müvafiq funksiyanı seçməlisiniz,” – “WhatsApp” bildirib.
Bu funksiya bütün dünyada əlçatan olacaq, lakin tədricən istifadəyə veriləcək. Bəzi bölgələrdə – hansı, mesajda deyilmir – mesajları redaktə etmək imkanı bir neçə həftə ərzində görünəcək.
Mesaj redaktə funksiyası “WhatsApp” istifadəçilərinin ən çox istəklərindən biridir.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#WhatsAppdan #hamının #arzuladığı #yenilik #dəqiqə #ərzində