Xərclənən milyonlarla dolların bəhrəsini aldılar
Avstraliya DÇ-2034-ə namizədliyini geri götürüb.
BEY.AZ xəbər verir ki, bununla da Səudiyyə Ərəbistanı yeganə namizəd olaraq qalıb. Məlumata görə, namizədlərin bildiriş müddəti bitdikdən sonra DÇ-2034-ü keçirmək üçün yeganə ölkə Səudiyyə Ərəbistanı qalıb. FİFA prezidenti Canno İnfantino 2034-cü ildə dünya çempionatının Səudiyyə Ərəbistanında keçiriləcəyini bəyan edib.
“Dünya çempionatı hazırda yeganə namizəd olan Səudiyyə Ərəbistanında keçiriləcək”, – İnfantino bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ölkə futbolunun nüfuzunu artırmaq üçün transferlərə milyonlarla dollar pul xərcləyib. Türkiyə Futbol Federasiyası da 2034 FIFA Dünya Çempionatının Səudiyyə Ərəbistanında təşkil edilməsinə dəstək vermişdi.