Xəzər dənizində zəlzələ baş verdi
Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə BEY.AZ-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 21:14-də qeydə alınan yeraltı təkanların maqnitudası 3 olub. Zəlzələ ocağı 51 kilometr dərinlikdə yerləşib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |