Xəzərin Bakı sahilində güclü zəlzələ gözlənilir?
Xəbər verdiyimiz kimi, Xəzər dənizinin Türkan və Hövsan sahillərində balıqların kütləvi ölümü qeydə alınıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə də yayılıb. Bir çoxları bunun güclü zəlzələnin xəbərçisi olduğunu deyirlər. Bu iddianın hər hansı elmi əsası varmı?
Mövzu ilə bağlı BEY.AZ-a danışan ekoloq Mirzəxan Mənsimov bildirib ki, bu hadisənin zəlzələ ilə heç bir əlaqəsi yoxdur:
“Balıqların Türkan və Hövsan sahil dayazlığında ölməsi isti hava şəraitində suyun temperaturunun aşırı yüksəlməsi və suda oksigen çatışmazlığı nəticəsində baş verir”.
Seyranə Quliyeva / BEY.AZ
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |