Son vaxtlar Xəzər dənizinin geri çəkilməsi aktivləşib. Bu proses dəniz sahillərində yaşayan əhali üçün ciddi problemlər yaradır. Bəzi yerlərdə bioloji müxtəliflik azalır. Bəs Xəzərin suyunun geri çəkilməsi nə ilə əlaqədardır?
Mövzu ilə bağlı BEY.AZ-a açıqlama verən ekoloq Rövşən Abbasovun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin getdikcə azalması daha çox Xəzər dənizinə tökülən çayların sululuğunun azalması ilə bağlıdır:
“Biz bilirik ki, Xəzərə Volqa, Ural, Kür kimi çaylar tökülür və bu çayların suyu həmişə eyni bir səviyyədə olmur, müəyyən dövrlər ərzində çayların suyunda gah artma, gah da azalma başlayır. Bu isə daha çox iqlim amillərinə bağlıdır. Məsələn, Xəzərə su gətirən Volqa çayının suyunun artıb-azalması Volqa hövzəsinə düşən atmosfer yağıntıları ilə birbaşa əlaqəlidir və son illərin təcrübəsi göstərir ki, bu çayların axımında olan azalma həm tsiklik xarakter daşıyır, yəni yenidən artma baş verə bilər. Həm də geriyə dönməyən iqlim təsirləri var və bu geriyə dönməyən iqlim təsirləri nəticəsində çayların suyunda ümumi bir azalma gedir”.
Ekoloq Azərbaycanda quraqlıq riski ilə bağlı söyləyib ki, bu barədə proqnoz vermək çətindir, amma Azərbaycanda su çatışmazlığı gözlənilir.
Sevinc İbrahimzadə / BEY.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |
Ana Sayfa