fbpx

Xəstə heyvanı kəsib satmaq istədilər

BEY.AZ informasiya agentliyi xəbər verir



Yevlaxda xəstə heyvan əti satışdan çıxarılıb.

AQTA-dan Metbuat.az-a verilən xəbərə görə, tədbirlər çərçivəsində Yevlax rayonunun Aşağı Bucaq kəndində fəaliyyət göstərən və Şirin Nizami oğlu Kərimliyə məxsus heyvan kəsimi məntəqəsinə baxış keçirilib. Bu zaman iribuynuzlu heyvanın ətinin və daxili orqanlarının istehlak üçün yararsız olduğu aşkarlanıb. Belə ki, məntəqəyə kəsim üçün gətirilən heyvanda ilkin klinik müayinə zamanı heç bir xəstəlik aşkar edilməsə də, kəsildikdən sonra ətin və daxili orqanların müayinəsi zamanı heyvanın Telerioz xəstəliyinə yoluxduğu müəyyən olunub.

Qeyd edilənlərə əsasən, akt tərtib edilib. Müvafiq qaydalara uyğun olaraq, heyvan cəmdəyi və daxili orqanları məhv edilib. Ərazi dezinfeksiya olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Xəstə #heyvanı #kəsib #satmaq #istədilər

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin