fbpx

Xaçaturyanın azərbaycanlılara etdikləri: 7 ay əsir qalan şəxs DANIŞDI

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Meşəli qətliamını törədənlərdən biri olan erməni terrorçu Vaqif Xaçatryanın həbsindən sonra hadisə şahidləri mediaya açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, 2001-ci ildə müsahibə verən əsirin danışdıqları sosial şəbəkələrdə yenidən gündəm olub. Belə ki, azərbaycanlı Mail Məmmədov erməni silahlılarının ona məruz qaldığı dəhşətli işgəncələrdən danışır. M.Məmmədov bədənində qalan izləri də kameraya göstərib. Həmin dəhşətli anlardan danışan məhbus ona işgəncə verənlərin adlarını çəkib:

“Bizi kənara çəkdilər. Bir erməni əlində qaynaqla içəri girdi və gördüm ki, xaç kəsir. O, “çıxın” dedi. Çıxdım, dustaqlar küçəyə yığılmışdı. Məhkumların gözü qarşısında məni yerə yıxdılar, bu xaç damğasını vurublar. Bu xaçı mənə Artur, Vaqif və başqa biri vurub. Vaqif erməni idi. Daha bir əsir gətirildi. Məni də onun yanına qoydular. Əlləri məftillə arxaya bağlanmışdı, qaşı deşik idi. Gözündən qan axırdı. Ermənilər gəlib onu dəyənəklə döydülər. Sonra yıxdılar və başını əzdilər, gözləri yuvasından çıxdı. Sonra onu küçəyə apardılar. Bir də gördüm ki, başını kəsiblər”.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, Məmmədov Mail Məmmədəli oğlu – 3 oktyabr 1992-ci ildən 7 may 1993-cü ilədək erməni əsirliyində olmuşdur.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Xaçaturyanın #azərbaycanlılara #etdikləri #əsir #qalan #şəxs #DANIŞDI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu