Xaçmazda qadın meyiti tapıldı
Xaçmaz rayonunda qadın meyiti tapılıb.
BEY.AZ “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Çarxı kəndində qeydə alınıb.
Belə ki, fərdi yaşayış evində rayon sakini 1971-ci il təvəllüdlü Həcər Sultanovanın cansız bədəni aşkar edilib.
Qadının meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə aparılıb.
Onun ölümündə cinayət tərkibinin olub-olmadığını Xaçmaz rayon prokurorluğu araşdırır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |