Xalq artisti yeni kanal açdı
Xalq artisti Samir Cəfərov telekanal açıb.
BEY.AZ xəbər verir ki, müğənni bu haqda “Söhbət var” verilişində danışıb. O bildirib ki, kanalda bir çox mövzuda verilişlər yayımlanır:
“Əvvəl internet üzərində idi, indi platfomrya daxil olmuşuq. Azərbaycan filmləri, mahnılar yayımlayırıq. Elə filmlər axtarıb tapmışıq ki… Zövqsüz təbəqə bizdə yoxdur. Konsertlər, verilişlər çəkib yayımlayırıq. Sirk veririk, moda, dünya musiqisi veririk. Biz ingilis, rus və Azərbaycan dilində yayımlanmaq hüququ almışıq. Çox çətin bir sahədir. Müğənnilərə zəng edirəm ki, demirdiniz, biz belə bir televiziya istəyirik. İndi gəlin”.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |