Xamenei müsəlman ölkələrinə çağırış etdi
İranın ali dini lideri Ayətullah Əli Xamenei Qəzza zolağına hücumların dayandırılmasını tələb edib və müsəlman ölkələrini İsrailə neft və ərzaq ixracatını dayandırmağa çağırıb.
BEY.AZ xəbər verir ki, bu barədə İranın dövlət mediasının məlumatında qeyd edilib. Xamenei bildirib ki, Qəzzada bombardman dərhal dayandırılmalıdır.
Qeyd edək ki, İran daha əvvəl İsrailin fələstinlilərə qarşı hücumları dayandırmadığı təqdirdə münaqişələrin daha da artacağı barədə xəbərdarlıq etmişdi. Rəsmilər Yaxın Şərqdə İranın dəstəklədiyi qrupların hərəkətə keçməyə hazır olduqlarına diqqət çəkmişdilər. İranın dəstəklədiyi Yəmən husiləri çoxlu sayda ballistik raketlər və pilotsuz uçuş aparatları ilə İsrailə hücum edib.