Xamneyi Zəngəzur dəhlizindən danışdı
İranın Ali lideri Əli Xamneyi Tehranda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə Zəngəzur dəhlizi mövzusunu müzakirə edib.
BEY.AZ xarici mediaya istinadən xəbər verir ki, Xamneyi hələ də Zəngəzur dəhlizi ideyasının Ermənistanın maraqlarına cavab vermədiyini deyib:
“Ermənistan-İran münasibətləri digər ölkələrin siyasətindən asılı olmayaraq, qarşılıqlı maraqlar əsasında inkişaf edəcək. Xarici dövlətlər qonşu dövlətlər arasında münasibətlərə qarışmamalıdır”.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |