Xankəndi və Xocalı Azərbaycanın nəzarətinə keçdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Xankəndi artıq bizim nəzarətimizdə sayılır.
Metbuat.az xəbər verir ki, bunu hərbi ekspert Ruslan İmamquliyev “Fərrux dağı bizdədirsə, Xocalı tam bizim nəzarətimizdədirmi?” sualını cavablandırarkən deyib.
O bildirib ki, torpaqlarımızın hər qarışı addım-addım təmizlənir:
“Nəinki Xocalı, hətta Xankəndi də bizim nəzarətimizdə sayılır. Bu istiqamətdə ciddi tədbirlər görülür.
Biz işğaldan azad etdiyimiz Azərbaycan sərhədləri daxilində düşünməyək, biz Zəngəzur haqqında düşünək”.
“Artıq dırnaqarası Ermənistan Respublikası vətəndaşları özlərinə himayədar axtarmasınlar. Onların ən gözəl himayədarı biz Azərbaycan türkləriyik”, – deyə ekspert əlavə edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.