fbpx

Xankəndidə boş qalan evlərin taleyi necə olacaq?

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

24 saatlıq anti-terror əməliyyatından sonra Qarabağda separatçılar silahlarını təhvil verərək təslim oldular. Bu prosesdən qısa müddət sonra Qarabağda Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən bir qrup erməniəsilli vətəndaşlar bölgəni tərk etməyə başladılar. Hazırda bir çoxlarını maraqlandıran suallardan biri də Xankəndini tərk edən erməni əsilli vətəndaşların boş qalan mənzillərinin taleyi ilə bağlıdır.

Hazırda Azərbaycanın vətəndaşlığını qəbul etməkdən imtina edərək Qarabağı tərk edən ermənilərin sayı artmaqdadır. Bəs, Xankəndini tərk edən ermənilərin boş qalan evlərinin taleyi necə olacaq?

Bu barədə açıqlama verən əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, bir müddət əvvəl Qarabağda əmlaklarını baha qiymətə satışa çıxaran ermənilərin məqsədi Azərbaycan hökumətindən daha cox kompensasiyalar tələb etmək və Qarabağda ermənilərə məxsus minlərlə əmlakların olmasını dünyaya sübut etməkdən ibarət idi:


“2020-ci il 44 günlük vətən müharibəsindən sonra Qarabağda yaşayan ermənilər həmin ərazilərdəki əmlakları kütləvi surətdə və kəskin baha qiymətlərə satışa çıxartdılar. Onlar çox gözəl anlayırdırlar ki, nə o əmlakları satma hüquqları var, nə də kimsə kənardan gəlib o əmlakları alacaq. Çünki o ərazilər Azərbaycan torpaqlarıdır və orada baş verən bütün hüquqi hərəkətlər Azərbaycan qanunvericiliyinə uyğun aparılmalıdır. Orada qanunsuz yaşayan ermənilər çox yaxşı bilirdilərki gec-tez o əraziləri tərk edəcəklər.

1990-cı illərin əvvəllərində 1-ci Qarabağ müharibəsi zamanı yüz minlərlə vətəndaşımız yurd-yuvalarından didərgin düşdülər və ölkənin müxtəlif ərazilərində müvəqqəti olaraq məskunlaşdılar. Məcburi köçkünlərimizin böyük bir hissəsi digər vətəndaşlarımızın boş olan evlərinə sığındı. Onlar 30 ilə yaxın o evlərdə yaşasalar da, lakin onlara o əmlaklar üzərində mülkiyyət hüququ verilmədi. Dövlət tərəfindən məcburi köçkünlərimizin rahat yaşaması üçün böyük şəhərciklər tikildi. Lakin orada yaşayanlara belə o əmlaklar üzərində tam mülkiyyət hüququ deyil, yalnız yaşama hüququ verildi. Çünki dövlət Başcımız bilirdi ki, gec -tez düşmən tərəfindən işğal olunmuş torpaqlarımız geri alınacaq və məcburi köçkünlərimiz öz yurd- yuvalarına qayıdacaqlar”.

Hazırda Qarabağı tərk edən ermənilərin böyük əksəriyyətinin etiraflarına diqqəti cəlb edən ekspert vurğuladı ki, erməni əsilli vətəndaşlar özləri etiraf edirlər ki, onlar Qarabağa 90-cı ildən sonra müxtəlif ərazilərdən köçüb gəliblər. Ekspert qeyd etdi ki, əzəli torpaqlarımızı işğal edib özlərinə yurd salan ermənilər vaxtında bilməli idilər ki, Azərbaycan qanunları hətta öz məcburi köçkünlərinə belə girib yaşadığı özgə evini özününküləşdirmək şansını verməyib:

“Azərbaycan hökuməti Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşlığını qəbul etmələrini təklif edir. Düşünürəm ki, bu vətəndaşlıq yalnız 1-ci Qarabağ müharibəsinə qədər o ərazilərdə yaşayan ermənilərə şamil oluna bilər. Xüsusən orada yaşayan ermənilərin əmlaklarına dair mülkiyyət hüquqlarının verilməsi 90-cı illərə qədər Qarabağda yaşamış erməni əsilli Azərbaycan vətəndaşlarına verilə bilər. Kənardan köçüb gələn ermənilərin yaşadıqları evlər və istifadə etdikləri torpaq sahələri birmənalı olaraq zəbt edilmiş sayılır və onlara məxsus olmadığı üçün bu cür əmlaklara mülkiyyət hüququ birmənalı olaraq verilə bilməz”.

Gülbəniz Hüseynli / Metbuat.az

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Xankəndidə #boş #qalan #evlərin #taleyi #necə #olacaq

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin