fbpx

Xankəndidə gözləyən 25 avtobus: Ermənilər hansı addıma hazırlaşır?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Son günlər erməni mətbuatında Qarabağdakı separatçıların daha da fəallaşması haqqında informasiyalar yayımlanmaqdadır. Ermənistanın “Hraparak” nəşri yazır ki, Xankəndinin mərkəzində 25 avtobus erməniləri Laçın postunun yerləşdiyi Həkəri körpüsünə aparacaq. Qeyd edilir ki, məqsəd əli silahsız Xankəndi ermənilərini sərhəd xəttinə aparmaqla yürüşə məcbur etdirməkdir.

İrəvanın son təxribat karvanı barədə Metbuat.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirdi ki, sərhəd xəttinə yürüşə cəhd edən adamların içində terrorçuları təsbit edib həbs etmək lazımdır:

“Hesab edirəm ki, orada iştirak edənlərin əksəriyyəti əslində mahiyyətcə terrorçulardır. Onların qarşısına 25 min Azərbaycan qaçqınını, məcburi köçkününü çıxarmaq lazımdır. Çünki qaçqınlar da Xankəndinin boşaldılmasını, orada yaşamaq haqqının olduğunu, Qarabağın terrorçulardan təmizlənməsinin vacibliyini vurğulamalıdırlar. Ümumiyyətlə, bu istiqamətdə ermənilərin atdığı addıma qarşı Azərbaycanın adekvat addım atması vacibdir. Nəticədə, həm terrorçuları ələ keçirə, həm də digər məsələlərin həllini təmin edə bilərik”.

Rüya tabirlerini burdan oku

Məsələyə münasibət bildirən politoloq Samir Hümbətov hesab edir ki, Xankəndidə erməni separatçılarının alovlanmasına səbəb Prezident İlham Əliyevin iyulun 22-də Şuşada “Euronews” televiziyasına verdiyi müsahibə olub:

“Bu müsahibə həm Qarabağ erməniləri arasında, həm də Ermənistanda hakimiyyət daxilində ciddi səs-küyə səbəb oldu. Onları yenidən düşünməyə vadar etdi. Təbii ki, verilən mesajlarda Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı Azərbaycan tərəfindən hər hansı bir problemin olmadığı, qısa müddətdə sülhün əldə olunması imkanları əks olunmuşdu. Həmin müsahibədə eyni zamanda Qarabağ ermənilərinə çağırışı oldu. Onlara dırnaqarası liderlərinin arxasınca getməmələri, doğru yolun Azərbaycandan keçdiyi çatdırıldı.

Görünür, bu açıqlama separatçılar arasında gərginliyə səbəb olub. Təbii ki, təxribatlar mümkün qədər artacaq. Burada təkcə separatçıların deyil, həm də Rusiya sülhməramlıların da əlinin olduğu istisna deyil. Vəziyyət Qərbdəki bəzi dairələri də narahat edir. Xüsusən Fransada bu cür təxribatların artması ilə bağlı çağırışlar edilməkdədir. Hesab edirəm ki, İrəvan rəsmi Bakıyla münasibətlərin normallaşmasına diqqət yetirməlidir, əks təqdirdə baş verə biləcək istənilən təxribatı fiaskoya uğrayacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Xankəndidə #gözləyən #avtobus #Ermənilər #hansı #addıma #hazırlaşır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu