fbpx

Xankəndidə partlayış buna görə törədilib

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Ermənistan mediası sentyabrın 25-də Xankəndidəki benzin anbarında baş verən partlayışla bağlı yeni təfərrüatlar yayıb.

Metbuat.az Publika.az-a istinadən xəbər verir ki, yüzlərlə erməninin ölümünə səbəb olan partlayışla bağlı indiyə qədər müxtəlif versiyalar irəli sürülsə də, hadisənin dəqiq səbəbi açıqlanmır.

Ermənilər arasında Azərbaycanı ittiham edənlər də vardı, hərçənd, heç bir əsas tapa bilmədilər. Versiyalardan biri də separatçıların “rəhbərləri”nin helikopter, yaxud təcili tibbi yardım maşınlarında “yanğından zərərçəkmiş” şəxs kimi qaçması üçün bunu törədə biləcəyinə dair idi. Lakin separatçıların son “rəhbərliyinin” Ermənistana keçə bilməsi, azərbaycanlılara qarşı qətliamlar törətmiş əvvəlki “rəhbərlərinin” isə qandalanaraq, Bakıya gətirilməsi bu versiyanı zəiflədir.

“Haykakan Jamanak” qəzeti partlayışla bağlı yeni detallar əldə etdiyini iddia edib.

Qəzet keçmiş separatçı rejimdə təmsil olunmuş şəxslərdən birinə istinadən yazır ki, benzin çənini erməni sakinlər partladıb.

Rüya tabirlerini burdan oku

“Orada mövcud olan yanacaq “ordunun” (qondarma silahlı dəstələr-red) ehtiyatı idi. Lakin hər kəs çıxmağa başlayanda əhali arasında təşviş yarandı və insanlar yanacaq götürmək üçün anbara axışdılar. Proses nəzarətdən çıxmışdı, qarışıqlıq yaranmışdı. Hamı qabağa düşmək istəyir, tez benzin götürüb getməyə çalışırdı. Həmin vaxt sakinlərdən biri benzin çəninin başqa bir yerində qazma ilə (drel) deşik açmaq istəyib, nəticədə partlayış baş verib”, – hadisə haqda məlumatlı mənbə bildirib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Xankəndidə #partlayış #buna #görə #törədilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu