fbpx

Xankəndidə “Troya atı” kimdir? – Rəsmi Bakının planı var

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qarabağda baş verənlərin əsas məqsədi Ermənistanda hakimiyyəti dəyişməkdir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. O hesab edir ki, separatçıların lideri, qondarma “seçki”lərə hazırlaşan Samvel Babayan Ermənistanda hakimiyyət dəyişənə qədər Xankəndi və ətraf ərazilərdə qarşıdurma yaratmağa çalışacaqdır.

“Babayan faktiki olaraq “İnsanlar küçələrə çıxmalı və öz rəhbərlərini seçməlidir” deyərək özünün seçilməsini istəyir. O hətta bu istiqamətdə Bakının da dəstəyini almağa ümid edir.

Rüya tabirlerini burdan oku

Samvel Xankəndi yolunu bloklayan separatçı rejimin hazırkı “rəhbərliyi”nə qarşıdır. O, son çıxışında Ağdam-Xankəndi yolunun açılması məqsədilə rəsmi Bakı ilə danışıqlar aparılmasının vacibliyini bir daha vurğulayıb”.

Turan Rzayevin fikirlərinə görə, Bababayanın separatçıların qondarma “seçki”lərindən bir gün əvvələ mitinq təyin etməsi Xankəndidə proseslərin gərginləşəcəyi, hətta silahlı insidentə keçəcəyini göstərir.

“Əgər bu baş verərsə, rəsmi Bakı öz ərazisində iğtişaşların yatırmaq üçün Xankəndiyə qoşun yeridə bilər. O ki qaldı Babayanın erməni icmasının lideri kimi Bakı ilə danışıqlara başlamaq istəməsinə, proseslər Azərbaycanın istədiyi ssenari ilə getsə və Samvel Xankəndidə “troya atı” missiyanı yerinə yetirsə, onu müvəqqəti icma rəhbəri saymaq olar. Lakin Babayana etibar etmək olmaz. Bir dəfə separatçılığa başlayan bunu gələcəkdə yenidən edə bilər. Erməni icmasının rəhbəri ya Bakı ermənisi, ya da rəsmi Bakının təyin edəcəyi şəxs olmalıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Xankəndidə #Troya #atı #kimdir #Rəsmi #Bakının #planı #var

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu