fbpx

Xankəndindəki ermənilər Bakıya gələcək? – Rusiya “moderator” qismində iştirak edə bilməyəcək / AÇIQLAMA

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Prezident Administrasiyası Qarabağdakı erməni əhalisi ilə növbəti görüşün Bakıda keçirilməsini təklif edir.

Məsələni müzakirə edən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, gündəmdəki mövzu reinteqrasiya və ermənilərin yaşadığı ərazilərdə infrastruktur layihələrinin müzakirə edilməsidir.

“Görüş yeri kimi Bakının təklif edilməsinin əsas əhəmiyyəti odur ki, Qarabağdakı ermənilərlə təmaslarda reinteqrasiyanın alternativi yoxdur. Və rəsmi Bakı bu təkliflər birdən çox gediş edir: Birincisi, erməni əhalinin nümayəndələri Bakıya gələcəksə, reinteqrasiyanı qəbul etmiş olacaqlar. Xocalı görüşündən sonra separatçılar bunun əleyhinə olan açıqlamalar vermişdi, mümkün Bakı görüşündən sonra vəziyyət dəyişəcək.İkincisi, görüşün Bakıda keçirilməsi Rusiyanın “moderator” qismində iştirakını istisna edir: Xocalıdakı görüşün sülhməramlıların qərargahında baş tutması onların başda əyləşməsinə şərait yaradırdı. Üçüncüsü, ermənilər görüşdən imtina edəcəksə, bu, onların “təmaslardan qaçdığı” deməkdir və Bakı “təmasların” indi qurulmasını istəyən Qərbə “prosesin qarşısını alan və erməni əhalisi ilə təmaslara imkan verməyənlərin” separatçılar olduğunu göstərə, onlara qarşı mümkün praktiki addımlarını “erməni əhalisinin hüquqlarının qorunması” adı ilə də legitimləşdirə biləcək”.

Rüya tabirlerini burdan oku

Asif Nərimanlı qeyd etdi ki, görüş təklifində əsas məqamlardan biri də Qarabağda infrastruktur layihələrinin müzakirə edilməsi olacaq ki, bu da erməni əhalisinə Azərbaycana inteqrasiyanın daha yaxşı yaşamaq imkanı yaradacağına dair müsbət siqnallar ötürür.

Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Xankəndindəki #ermənilər #Bakıya #gələcək #Rusiya #moderator #qismində #iştirak #edə #bilməyəcək #AÇIQLAMA

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu