Xankəndiyə göndərilən unun keyfiyyət sertifikatı sülhməramlılara təqdim edildi
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakıdan Xankəndiyə göndərilən un məlumatlarının keyfiyyət sertifikatı var.
Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev deyib.
“Biz sertifikatın rus dilində olan versiyasını da Rusiya sülhməramlılarına təqdim etmişik. Hazırda gözləmə mövqeyindəyik. Bu vaxta qədər vəziyyətdə hələ heç bir dəyişiklik yoxdur”, – o bildirib.
Qeyd edək ki, ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Xankəndiyə #göndərilən #unun #keyfiyyət #sertifikatı #sülhməramlılara #təqdim #edildi