fbpx

Xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları 42% artıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


2023-cü ilin yanvar-iyul aylarında Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 3 milyon 721.6 min manat təşkil edib.

Metbuat.az Azərbaycan Mərkəzi Banka (AMB) istinadən xəbər verir, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 42.5% və ya 1.1 milyon manat çoxdur. 2022-ci ilin müvafiq dövründə xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 2 milyon 310.2 min manat təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında xaricə səfər edən vətəndaşların sığorta ödənişləri 151.8 min manat təşkil edib ki, bu da 2022-ci ilin ilk 7 ayı ilə müqayisədə 32.8% və ya 74.2 min manat azdır.

Rüya tabirlerini burdan oku

Hesabat dövründə bu sığorta növü üzrə sığorta zərərliliyi 2.2 dəfə azalıb. Belə ki, sığorta şirkətləri bu ilin ilk 7 ayında toplanan hər 100 manat sığorta haqqının 4 manatını ödənişə yönəldibsə, 2022-ci ilin yanvar-iyul aylarında bu göstərici 8.7 manat təşkil edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Xaricə #səfər #edən #vətəndaşların #sığorta #daxilolmaları #artıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu