fbpx

Xaricdən pul köçürmələri 29% azalıb

Rüya Yorumları burda


2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 607.5 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 173.1 milyon manata bərabər olub.

BEY.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-aprel aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 28.8% və ya 245.7 milyon manat, banklardan xaricə köçürmələr isə 23.1% və ya 52 milyon manat azalıb.

Qeyd edək ki, ötən ilin ilk 4 ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 853.2 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 225.1 milyon manat təşkil edib.






Rüya tabirlerini burdan oku
MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu