fbpx

Xaricdə təhsil almış 743 nəfərin diplomu tanınmayıb

BEY.AZ informasiya agentliyi xəbər verir

2021-ci ilin yanvar-noyabr ayları ərzində 3021 müraciət üzrə ekspertiza həyata keçirilib.

Bu barədə Metbuat.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Keçirilmiş ekspertizanın nəticəsində 2278 müraciət üzrə yekun olaraq müsbət rəy verilib və müraciət sahiblərinə xarici ali təhsil ixtisasının tanınması haqqında şəhadətnamə(lər) təqdim olunub. Digər 743 müraciət üzrə yekun olaraq mənfi rəy verilib və müraciət sahiblərinin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib.

2022-ci ilin yanvar-iyun ayları ərzində (10.06.2022-ci il tarixinə qədər) 1510 müraciət üzrə ekspertiza həyata keçirilib. Keçirilmiş ekspertizanın nəticəsində 1157 müraciət üzrə yekun olaraq müsbət rəy verilib və müraciət sahiblərinə xarici ali təhsil ixtisasının tanınması haqqında şəhadətnamə(lər) təqdim olunub. Digər 353 müraciət üzrə yekun olaraq mənfi rəy verilib və müraciət sahiblərinin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin