fbpx

Xarici işlər nazirinin müavini ABŞ Dövlət katibinin köməkçisinin müavini ilə telefonla danışıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



14 may 2023-cü il tarixində xarici işlər nazirinin müavini Elnur Məmmədov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson arasında telefon danışığı baş tutub.

XİN-dən Metbuat.az-a bildirilib ki, telefon danışığı zamanı tərəflər arasında Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, bölgədə cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar müzakirə edilib.

Nazir müavini Elnur Məmmədov Azərbaycanın Ermənistanla normallaşma, o cümlədən gələcək sülh sazişinin imzalanması istiqamətində əsas təşəbbüs irəli sürən tərəf kimi, prosesin uğurla nəticələnməsində maraqlı olduğunu bildirib. Buna baxmayaraq, Ermənistan tərəfindən sülh prosesinə maneçilik səylərinin, o cümlədən sərhədyanə bölgədə itkilərə səbəb olan son hərbi təxribatlarının danışıqlar üzrə beynəlxalq səylərə xələl yetirmək məqsədi daşıdığı vurğulanıb.

Erika Olson öz növbəsində, bölgədə sülh və sabitliyin bərqərar olunmasının əhəmiyyətini, bunun üçün sülh sazişinin imzalanmasının zəruri olduğunu bildirib. ABŞ tərəfinin Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda aparılan bu danışıqlara dəstək verməyə daim hazır olduğunu diqqətə çatdırıb.

Rüya tabirlerini burdan oku

Telefon danışığı zamanı, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Xarici #işlər #nazirinin #müavini #ABŞ #Dövlət #katibinin #köməkçisinin #müavini #ilə #telefonla #danışıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu