fbpx

Xarici qüvvələrin Ukraynaya gəlməsi fəlakətə səbəb olacaq



Xarici hərbi birləşmələrin Ukraynaya göndərilməsi nüvə gücləri arasında birbaşa qarşıdurmaya səbəb olacaq.

BEY.AZ xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova belə deyib. O, Fransanın müdafiə naziri Sebastien Lekornunun “Ukraynada qeyri-nüvə çəkindirici qüvvələrin yerləşdirilməsinə diqqət yetirilməlidir” açıqlaması ilə bağlı suala cavab verib. Zaxarova bildirib ki, xarici hərbi birləşmələrin Ukraynaya cəlb edilməsi fəlakətlə nəticələnəcək. Digər Qərb rəsmilərinin də bu məsələyə toxunduğuna diqqət çəkərək Zaxarova bildirib ki, Avropanın bir çox ölkəsi Fransanın təklifini dəstəkləməyib.

Ukraynanın NATO-ya daxil ola biləcəyi barədə məsələni dəyərləndirən Zaxarova, “Kiyevin NATO-ya dəvət edilməsi nə indi, nə də gələcəkdə Rusiya ilə danışıqlar mövzusu ola bilməz” – deyə bildirib.



İlgili Makaleler




ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin