fbpx

Xarkovda yaralanan azərbaycanlı Moldovaya təxliyə olunub

BEY.AZ informasiya agentliyi xəbər verir


Xarkovda güllə yarası alan TIR sürücü təxliyə edilib.

Bu barədə Metbuat.az-a Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğundan məlumat verilib.

“Bildiyiniz kimi, Ukraynanın Xarkov vilayətində Azərbaycan vətəndaşı TIR sürücüsü Tahirov Samir Seydulla oğlu güllə yarası almışdır. Bir neçə müddətdir həmvətənimiz Xarkov şəhər xəstəxanasında müalicə olunurdu. Hadisə baş verdikdən sonra ölkəmizin Xarkov şəhərində fəxri konsulluğu həmvətənimizin müalicə prosessini diqqət mərkəzində saxlayıb. Yaralının ilkin dönəmdə vəziyyətinin ağır olması və həkimlərin tövsiyyəsinə əsasən onun müalicəsi Xarkov şəhərində başlanmış və burada davam edib.

Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərində fəxri konsulluğunun Xarkov vilayət adminstrasiyası və Ukraynanın müvafiq qurumları ilə həyata keçirilən iş nəticəsində bu gün və müalicə edən həkimlərin rəyi nəzərə alınaraq Tahirov Samir Seydulla oğlu təcili tibbi yardım maşını ilə Xarkov şəhərindən Moldova sərhəddinə doğru təxliyə edilib.

Qeyd edək ki, hadisə baş verəndən həmvətənimizin müalicəsi və onun təxliyyə üçün hazırlanması ölkəmizin Xarici İşlər Nazirliyinin daim diqqət mərkəzində olub.

Qeyd etmək istərdik ki, Xarkov şəhərində vəziyyətin ağır olmasına baxmayaraq ölkəmizin fəxri konsulluğu Xarici İşlər Nazirliyinin təlimatları əsasında fəaliyyətini davam etdirməklə, həmvətənlərimizin üzləşdikləri problemlərin həllinə çalışır”, deyə məlumatda qeyd edilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin